Qısa məzmun
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit)
- Iş təcrübəsi: 5 il iş təcrübəsi minimum( istehsalat sahəsi)
- Yaş: 25-40
- Dil bilikləri: Azərbaycan, Ingilis, Rus
- Vergi qanunvericiliyini yaxşı səviyyədə bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
- Kompüter bilikləri: Ofis proqramları, 1C
- Xammal və hazır məhsul anbarı ilə işin təşkili.
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat hesabatlarının müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılması
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin təmin edilməsi
- Bank əməliyyatının işlənilməsi•
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsinin təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
İş qrafiki: 5 günlük iş qrafiki
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “ Mühasib” qeyd edərək, hr@icherisheher.gov.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...