Baş mexanik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yalama Aqropark MMC Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmə bacarığı olmalıdır.

Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Baş mexanik” vakansiyasını elan edir.

(Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)

Əmək funksiyaları:

  • Nəqliyyat vasitələrinin xəttəsaz vəziyyətdə buraxılmasını təmin etmək
  • Xəttə baş vermiş texniki çatışmamazlıqları aradan qaldırılması
  • Yanacağın sərfiyyatına nəzarət etmək
  • Anbardan çıxan ehtiyyat hissələrinə nəzarətini
  • Avtomobillərə texniki xidmətlərin və cari təmirin təşkil edilməsi.
  • Avtomobillərin texniki istismar, texniki təhlükəsizlik və yol hərəkatı qaydalrına riayət edilməsinə nəzarət etmək.
  • Kənd təsərrüfatı texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi.
  • Texnikalarının təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin yazılması edilməsi,
  • Avtomobillərin sənədləşmə işlərini həyata keçirmək – Avtomobillərin texniki vəziyyətinə görə məsuliyyət daşımaq.
  • Mütəmadi olaraq avtomobillərin texniki baxışdan keçməsini təmin etmək
  • Texnika və avtomobillərin diaqnostikasını keçirmək, kodlaşmaların tətbiq olunmasına cavabdehdir.
  • Tabeçiliyində olan işçilərə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

Tələblər:

  • Ali təhsil (texniki istiqamətdə) arzu olunandır
  • Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək.
  • Montaj və təmir metodlarını
  • Komanda ilə işləmə bacarığı
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
  • Baş mexanik (mexanik) vəzifəsində 3 ildən yuxarı iş təcrübəsinə malik olmaq
  • Kənd təsərrüfatı texnikaları üzrə biliklərə malik olmaq

İş qrafiki:

  • 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Baş mexanik” qeyd etməklə göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı