Baş Mexanik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir.

Namizəddən tələblər:

  • Minimum kollec, peşə məktəbi və ya ali təhsil.
  • Uyğun sahədə minimum 5 il iş təcrübəsi.
  • Sürücülük vəsiqəsi.
  • Texnikalar və onların təmiri üzrə praktiki təcrübə.
  • İdarəetmə sahəsində təcrübə (üstünlükdür).
  • Kompüter bilikləri.
  • Rus və ingilis dili bilikləri üstünlükdür.

 

Vəzifə funksiyaları:

  • Əməkdaşlara təhlükəsizlik təlimatlarının keçirilməsi.
  • Əməkdaşların gündəlik iş bölgüsünün həyata keçirilməsi.
  • Ehtiyat hissələrinin kataloqdan çıxarılması və anbardan sifariş olunması.
  • Ərazidə və ezamiyyətdə təmir proseslərinə nəzarət, ehtiyac olduqda birbaşa təlimatların verilməsi.
  • Təmir aktlarının yoxlanılması, sənədlərin doldurulması, ilkin qiymətlərin verilməsi.
  • Servis avtomobillərinin əraziyə giriş-çıxışı ilə bağlı mühafizə bölməsinə məlumat verilməsi.
  • Kənar təmir işləri barədə sənədlərin müvafiq proqram təminatında işlənməsi.
  • Kənar təmirə verilən ehtiyat hissələrinin təhvil-təslim prosesinə nəzarət.
  • Əməkdaşların müraciətlərinə cavab verilməsi, icazə və məzuniyyət sənədlərinin təsdiqlənməsi.
  • Ərazidə və bölgələrdə yükləmə və boşaltma proseslərinə nəzarət.
  • Sifariş olunan ehtiyat hissələrinə yerində baxış keçirilməsi.
  • İstifadə olunan ehtiyat hissələrin və yanacağın təmir aktına daxil edilməsi.
  • Günlük, həftəlik, aylıq icra planlarının hazırlanması və icrasına nəzarət.
  • Tender üçün ehtiyat hissə kodlarının çıxarılması.
  • Ehtiyac olduqda təmir işlərinə birbaşa dəstək göstərilməsi.
  • Təmir alət və avadanlıqlarının sifariş edilməsi.

 

  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4 (BDYPİ yaxınlığı, Neptun Marketlə üzbəüz)
  • Servis xidməti mövcuddur (Gənclik m\s, 20 yanvar m\s, Sumqayıt ş.)

 

Müraciət üçün: CV-nizi hr-cv@grandmotors.az ünvanına “Baş Mexanik” başlığı ilə göndərin.

Oxşar vakansiya siyahısı:

Qaynaqçı

Zəfər Bağları Qaynaqçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Zəfər bağları

02.10.2025 - Ağdam

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Companies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.09.2025 - Bakı