Baş mexanik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500-700 AZN. Süsən Aqro MMC Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. Montaj və təmir metodlarını bilməlidir.

İş barədə məlumat:

  • Kənd təsərrüfatı maşın və avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
  • Kənd təsərrüfatı maşın və avadanlıqlarına baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün planları (qrafikləri) razılaşdırılır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir
  • Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, xərclər smetasının hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini. Köhnəlmiş maşın və avadanlıqları, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir
  • Kənd təsərrüfatı maşın və avadanlıqlarının işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Təmir xidməti göstərən işçilərə rəhbərlik ed

Namizədə tələblər:

  • Müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini bilməlidir
  • Müəssisədə təmir xidmətinin təşkilini bilməlidir
  • Kənd təsərrüfatı maşın və avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, nların istismar qaydalarını bilməldir
  • Montaj və təmir metodlarını bilməlidir
  • Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu bilməlidir
  • Təlimatların tərtib edilmə qaydasını bilməlidir
  • Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmirdən sonra qəbul və təhvil verilmə qaydasını bilməlidir
  • Əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı