Baş mexanik (nəqliyyat üzrə)/Mexanik çilingər
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mətanət A şirkəti Baş mexanik (nəqliyyat üzrə)/Mexanik çilingər vəzifəsi üzrə vakansiyasını elan edir

İşin təsviri:

  • Nəqliyyat vasitəsi və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Nəqliyyat vasitələri və texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlamasına, təmirin keçirilməsinə, büdcə xərclərin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir;
  • Təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avtoparkın modernləşdirilməsi, balansda olan bütün texnika və nəqliyyat vasitələrinin texniki nəzarətini təşkil edir;
  • İstismar müddəti bitmiş texnika və nəqliyyat vasitələrinin vaxtaşırı dəyərləndirilməsini və yenilənməsini həyata keçirir.

Bilməlidir:

  • Nəqliyyat vasitələri və texnikaların habelə onlara qoşula biləcək əlavə avadanlıqların konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydaların;
  • Montaj və təmir metodlarını;
  • Defektlər üzrə cədvəl, passport,ehtiyat hissələrinin rəsmi albomunu (kataloq);
  • Təlimatların tərtib edilmə qaydasını;
  • Nəqliyyat vasitələri və texnikaların təmirdən sonar qəbul və təhvil verilmə qaydasını.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

  • Təhsil: Ali
  • Yaş həddi: 30-45
  • İş təcrübəsi: 5 ildən çox iş təcrübəsi olmalı;
  • Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı (Word, Excel, 1C)
  • Dillər: Azərbaycan və Rus dillərini bilməli.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş günü: Həftənin 6 günü;
  • Şənbə günü: 09-00dan 13-00-dək
  • İstirahət günü: Bazar günü;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • AR ƏM-nə uyğun sənədləşmə;
  • İş yeri: İş görüşməsinin ünvanı: AZ 1023-Masazır-2 (Bakı-Sumqayıt şosesi, Masazır qəsəbəsi dairəsinin yaxınlığı)

Şəxsi keyfiyyətləri:

  • İşə planlı yanaşma;
  • Məsuliyyətlilik;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ, bacarıqlı;
  • Ezamiyyə imkanları.

Qeyd:

  • Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərmək xahiş olunur.
  • Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
  • Əlaqə nömrəsi: 050-201-80-47

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan