Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Metallurq (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi) vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Vakansiyanın adı: Baş metallurq (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)
Əsas vəzifə və öhdəliklər:
- Xırdalama sahəsində aparılna qırma və xırdalama əməliyyatlarına nəzarət
- Aqlomerasiya prosesi üçün lazım olan qarışıqların düzgün əlavəsinə nəzarət
- Topa Qələviləşdirmə sahəsində qələviləşdirmə prosesinə, Adsorbsiya, Desorbsiya və Emal zavodunda kömürlə adsorbsiya və desorbsiya-elektroliz əməliyyatlarına, kömürün regenerasiyası prosesinə nəzarət
- Laboratoriyada filizdən qızıl çıxımının təyini üçün aparılan testlərə və digər testlərə nəzarət
- Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
- Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
- Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
- Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
- Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;.
- Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...