Baş Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Pizza Mizza şirkəti Baş Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 1-3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan dili (İngilis dili və Rus dili arzuolunandır)
  • Ofis proqramlarının biliyi
  • Komandada işləmək bacarığı
  • Stresə davamlı, gülərüz, punktual
  • İdarə etmə bacarıqları
  • Məsuliyyətli

Vəzifələr:

  • Restoranın bütün işçi heyətinə rəhbərlik edir;
  • Bütün departamentlərə rəhbərlik edir;
  • İşçilər arasında onların vəzifə öhdəliklərinə uyğun iş bölgüsü aparır;
  • Həftəlik iş qrafiki tərtib edərək işçilərə və İR şöbəsinə təqdim edir;
  • Yeni işçilərə prosedura uyğun təlim keçir və təyin edilmiş vaxtda dəyərləndirmə cədvəlini Əməliyyat şöbəsinə təqdim edir;
  • Restoran heyətinə mütəmadi olaraq təlimlər keçirir;
  • Filialın satış göstəricilərinin artması istiqamətində təkliflər irəli sürür və müvafiq tədbirlər görür;
  • Təlimlər haqqında aylıq hesabatı müvafiq formada İR şöbəsinə təqdim edir;
  • Gündəlik inventarizasiyanı həyata keçirir;
  • Nizam- intizam qaydaları haqqında mütəmadi olaraq təlim keçir, iclaslarda müzakirə edir və əməl olunmasını tələb edir;
  • Baş ofisdən e-mail ilə göndərilən vacib məlumat və tapşırıqları vaxtında işçi heyyətə çatdırır;
  • Xidmətin yüksəlməsi üçün, müştərilərin istək və təklifləri ilə maraqlanmalı, gün ərzində göstərilən xidmət səviyyəsini nəzarətdə saxlamalıdır;
  • Mütəmadi olaraq işçi heyyətin xidmət səviyyəsini yoxlamalı, onların üzərində çalışmalıdır, standartlara uyğun olmadığı halda İRŞyə məlumat verməlidir;
  • Sanitar gigeyinik normaları və texniki təhlükəsizliyi yoxlayıb nəzarətdə saxlamalıdır, nöqsan yarandıqda aidiyyatı şöbəyə vaxtında məlumat bildirməlidir;
  • Müştəri şikayətləri və narazıçılığı ilə şəxsən maraqlanır və zərurət üzrə tədbirlər görür;
  • Audit keçirilən müddətdə sayımda kömək göstərir, tələb olunan məlumatları təqdim edir;
  • Məhsulların itirilməsi və ya zədələnməsinin qarşısını alır;
  • Ümumi səliqə-səhmanının qorunub saxlanılmasına cavabdehdir;
  • Ümumi fəaliyyəti haqqında tələb olunan bütün hesabatları hazırlayıb təqdim edir;
  • Post-terminal, dövlət kassası, kompyuter və digər avadanlıqların işlək vəziyyətdə olmasına cavabdehdir;
  • Post terminallar və kassa üçün lazımı kağızların tədarükünü görür.

İş şəraiti:

  • İş saatları-8 saat
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək qanunvericiliyinə uyğun iş şərtləri
  • Əmək haqqı müsahibə zamanı namizədin biliklərinə əsasən müəyyənləşdiriləcək

Maraqlananlar CV-lərini “Baş menecer” başlığı altında elektron ünvanına göndərə bilərlər.

Mənbə: JobSearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...