Baş Maliyyə Nəzarətçisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand Agro LLC şirkəti Baş Maliyyə Nəzarətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün linkə keçid edin:  https://glorri.com/grandagro/62615488f201a34dfb3978a3-Baş%20Maliyyə%20Nəzarətçisi%20?sources=JobSearch

Təsvir:

  • Ayın bağlanması üzrə işlər (xərc maddələrinin, müxabirləşmələrin yoxlanılması,və s.)
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və analiz edilməsi
  • Aylıq büdcə-fakt analizinin aparılması
  • Debitor və kreditor borcları, avanslar və inventarlar üzrə yaşlanma cədvəllərinin hazırlanması
  • Ay ərzində görülən işlərə dair Struktur Bölmələrdən məlumatların toplanması
  • Müşahidə Şurasının aylıq iclasları üçün təqdimatın hazırlanması
  • Pul vəsaitləri üzrə proqnoz məlumatların hazırlanması və tələb edildiyi halda təsisçidən vəsait istəyi ilə bağlı müraciətin hazırlanması
  • Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlanması
  • PO-lar üzrə xülasə hesabatların hazırlanması
  • Şirkətin illik büdcəsinin hazırlanması
  • Büdcəyə nəzarətin təmin edilməsi (gündəlik olaraq açılan PR/SR/PO-ların büdcə ilə uyğunluğunun yoxlanılması)
  • Audit tapıntılarının aradan qaldırılması üzrə işlər
  • Müxtəlif xərc maddələri üzrə aylıq, rüblük, yarımillik və illik analizlərin aparılması
  • Perspektiv layihələrlə bağlı səmərəlilik təhlillərinin aparılması

Tələblər:

  • Bakalavr və ya Magistr – Maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat
  • İş təcrübəsi : Minimum 3-5 il
  • ACCA (F3 və F7 mütləqdir, F5, F8 və F9 əlavə üstünlükdür)
  • CFA və ya FMVA əlavə üstünlükdür
  • Normal səviyyədə vergi bilikləri
  • Analitik düşüncə
  • Ms. Office (xüsusilə Excel) – yaxşı səviyyədə.

Əmək haqqı: 2000-2500 AZN.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı