Baş hüquqşünas
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

BERC Group MMC Hüquq şöbəsinə “Baş hüquqşünas” vakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanmasına nəzarət;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin yazılmasında iştirak etmək;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericlik əsasında digər zəruri sənədlərinin hazırlanmasına nəzarət;
  • Əmək qanunvericliyinə əsasən zəruri sənədlərin hazırlanmasına nəzarət;
  • Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması və nəzarət prosesinin təşkil edilməsi;
  • Müdafiə və ya ittiham xarakterli məhkəmə işlərinin məqsədə uyğunluğunu müəyyən etmək üçün hüquqi sənədləri nəzərdən keçirilməsi və hüquqi rəyin hazırlanmasında iştirak etmək;
  • İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılmasına nəzarət;
  • Məhkəmələrdə və ya dövlət orqanları qarşısında Cəmiyyətin təmsil edilməsi, cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin icrası bitmiş məhkəmə işlərinin hesabatlarının hazırlanması;
  • Əqli mülkiyyət qanunlarına, Miqrasiya Məcəlləsinə, Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən olunmuş hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə (lisenziya) sənədlərin alınması üçün müvafiq sənədlərin hazırlanması və müvafiq qurumlara müraciətin edilməsi, Cəmiyyətin təmsil olunması;
  • Şirkətin hüquqi maraqlarının müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında təmsil edilməsi;
  • Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi;
  • Tabeçiliyindəki əməkdaşların idarə edilməsi, onların işinin effektiv təşkili və onların işinə nəzarətin həyata keçirilməsi
  • Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatlarının, müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması.
  • Vəzifə öhdəliyinə aid verilmiş digər tapşırıqların icra edilməsi

Vəzifəyə dair tələblər:

  • Müfafiq sahə üzrə 3 illik təcrübə
  • Hüquq fakultəsi üzrə bakalavr ali təhsili;
  • Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilməli;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli;

Dil bilikləri:

  • Azərbaycan dilində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis və rus dili üstünlükdür);

 

Bacarıq və səriştələr:

  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Detallara yüksək diqqət və analitik düşünmə qabiliyyəti;
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • Öyrənməyə öyrətməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır.

 

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan daimi ştatda iş rejimi yaxud layihə əsaslı iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
  • Rəqabət qabiliyyətli əmək və ya xidmət haqqı
  • Korporativ nömrə və danışıq paketi
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı)

Uyğun namizədlər 19.12.2025-ci il tarixinədək aşağıdakı linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər:

https://form.berc.az/crm_form_y2ndb/

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

 

Şirkət haqqında

“BERC Group” MMC biznes tədqiqatlarının aparılması, bizneslərin qurulması və idarə edilməsi, eləcə də bu sahələrdə məsləhət xidmətlərinin göstərilməsi, biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasında ixtisaslaşmış biznes xidmətləri ekosistem şirkətidir.

Veb sayt :      www.berc.az

Ünvan: Bakı şəh, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə, 44C

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 51 201 33 26

Oxşar vakansiya siyahısı:

Hüquqşünas

BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...

BERC Group

20.11.2025 - Bakı

Kiçik hüquqşünas

BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...

BERC Group

20.11.2025 - Bakı

Hüquqşunas

İnci Group of Companies Hüquqşunas vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

23.10.2025 - Bakı