Baş Energetik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azersun Holding Baş Energetik vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını bilməlidir.

Namizədə aid tələblər:

  • Ali təhsili;
  • Müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarını bilməli;
  • Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı qaydasını;
  • Əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir.;
  • İdarəetmə qabiliyyəti, ünsiyyət qabiliyyəti və qərar vermə bacarığı olmalı.

İş təcrübəsi aşağıdakı sahələri əhatə edən namizədlərə üstünlük veriləcək:

  • Yüksək və alçaq gərginlik, stansiya və yarımstansiyaları və bu sahəyə aid olan avadanlıq və qurğuları və mühafizə sistemlərini əhatə edən iş təcrübəsi,
  • Elektrik təchizat üçün ( yüksək və alçaq) hava və yeraltı veriliş xətləri,onların qurulması, istismarı və təmiri sahələrində iş təcrübəsi,
  • Alternativ enerji təchizatı üzrə avadanlıq və qurğuları əhatə edən iş təcrübəsi,
  • Binaların, ofislərin və yaşayış sahələrində elektrik təchizatı ilə bağlı təcrübi biliklər,
  • Su təchizatı, su təmizləmə, filtrasiya qurğuları, nasos stansiyaları, və pivot suvarmanı əhatə edən elektrik təchizatı ilə bağlı təcrübi biliklər,
  • Bu sahələrdə istifadə edilən qurğular (mühərriklər, ventillər və s) güc və idarəetmə dövrələri müasir texnologiyaların tətbiqi ilə bağlı təcrübə,
  • Kənd Təsərrufatı texnikasına bağlı elektrik qurğuları ilə bağlı iş təcrübəsi,
  • Heyvandarlıq sahəsinə bağlı qurğularla bağlı təcrübi biliklər

İş haqqında məlumat:

  • Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir,
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.,
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir,
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək
  • Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək,
  • Elektrik xətlərinin montaj etmək və təmir işlərini həyata keçirmək,
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək,
  • Kənd Təsərrüfatı sahəsındə elektrik xətlərində yaranan bütün nasazlıqları vaxtında aradan qaldırmaq,
  • Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrık xəttlərinin çəkilməsi, yararnan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək.

İş yeri: Hacıqabul rayonu “Padarçöl Kənd Təsərrüfatı”

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş Energetik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı