Baş energetik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Green Tech Baş energetik vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
  • Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
  • Ehtiyyat hissələrinin  və materialların, avadanlıqların tələbatına əsasən kompleksin enerji təsərrüfatını təmin etmək;
  • Texnoloji avadanlıqların, elektrik hissələrinin, şəbəkənin təmirini və istismarını təmin etmək;
  • Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
  • Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
  • Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
  • Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
  • Müəssənin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
  • Müəssisənin bütün elektrik təsərüfatına nəzarət;
  • Enerji sektorunda əməyin təşkili, mütərəqqi və məhsuldar iş üsullarının tətbiqi.

Tələblər:

  • Təhsil:Ali (Elektrik və Elektroenergetika üzrə);
  • Müvafiq sahə üzrə 5 il təcrübə;
  • Yüksək gərginlikdə işləmə bacarığı;
  • Avadanlıqların istehsal gücü,texniki xarakteristikası, iş rejimi, onların istismar qaydalarına bələd olmalı;
  • Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydalarına bələd olmalı;
  • Sənaye avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası,konstruktiv xüsusiyyətləri, iş rejimi,onların istismar qaydalarını bilməlidir;
  • Avtomatika sistemləri, kompressor və generatorların təhlükəsiz istismarı ilə bağlı tələb edilən texniki təhlükəsizlik qaydalarını bilməlidir.

İş şərtləri:

  • İş yeri Binə qəsəbəsi ərazisindədir;
  • İşçi nahar və servis xidməti ilə təmin edilir;
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir;
  • İş saat 08:00-18:00-a dəkdir;
  • Şənbə və bazar günləri istirahət günləridir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş energetik” şəklində göstərməyiniz xahiş olunur

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...