Baş energetik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Baş energetik vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Təsərrüfatın enerji təchizatını təmin edir.
  • Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün enerji təsərrüfatını yoxlayır və lazımi tədbirlərin görülməsinə qərar verir.
  • Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin edir.
  • Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edir.
  • İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etməlidir.
  • Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edir.
  • Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir.
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır.
  • Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin edir.
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin edir.
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlayır.
  • Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlamalıdır.
  • Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil edir.
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləyir və onların yerinə yetirilməsinə nəzarət edir.
  • Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası həyata keçirir.

Tələblər:

  • Elektrik və ya Elektroenergetika üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 1-3 il təcrübə
  • Yüksək gərginlikdə işləmə bacarığı
  • Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olması.
  • İdarəçilik bacarıqları

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Altı günlük iş həftəsi
  • İş yeri: MKT İK MMC-nin müvafiq filialı
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Baş energetik(Filial adı)” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.

Filial adları: Beyləqan, Salyan, İmişli, Ağcəbədi, Tərtər, Ağdam və Saatlı. Filial adını seçərkən, yaşayış yerinizə uyğun olmasında diqqət yetirmək zəruridir.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı