Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC Baş elektrik vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- Zavodun enerji paylayıcısını və fasiləsiz elektrik enerjisini təmin etmək;
- Enerjiyə qənaət edən təmir işlərinin vaxtında aparılması;
- Yarımstansiyada nasazlıqları aşkar etmək və tez müdaxilə ilə təmir etmək bacarığı;
- Elektrik dövriyyəsinin hesablanması;
- Elektrik-quraşdırma işlərinin tikintisinin “Tikinti Norma və Qaydaları”na uyğun təşkili və nəzarəti;
- Zavodda olan elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
- Avtomatlaşdırma panellərinin layihələndirilməsi, quraşdırılması və saxlanması bacarığı;
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
- İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;
- Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsini təşkil etmək;
Namizədə tələblər:
- Ali təhsil(uyğun ixtisas üzrə ali təhsil);
- Sahə üzrə minimum 5 illik iş təcrübəsi;
- Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- Planla və komandada işləmək bacarığı
- AutoCAD proqramı üzrə biliklər;
- MS Office üzrə biliklər;
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.