Baş direktorun köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Quba Palace Hotel Baş direktorun köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Baş direktora gündəlik olaraq biznes dəstəyinin təmin edilməsi;
  • Daxili/xarici yazışmalar, sorğular, protokollar, sənəd dövriyyəsinə və s. idarə etmək;
  • Görüş və iclasların planlaşdırılması və təşkili;
  • İclas nəticələrinin qeydiyyatı və protokollaşdırılması;
  • Rəhbərliyin tapşırıqlarının aktiv şəkildə təyinatı üzrə yönləndirilməsi, tapşırıqların icra intizamına nəzarət;
  • İşlərin təlimatlara uyğun qaydada təşkili və icrası;
  • Məlumatların toplanması, materialın tədqiqi, təqdimatların yaradılması və həmkarların/menecerlərin müvafiq rəyinin təmin edilməsi daxil olmaqla, yığıncaqlar üçün təqdimatlar, çıxışlar və sənədlər kimi bir sıra materialların hazırlanması;
  • Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil
  • 1-2 il müvafiq vəzifədə iş təcrübəsi
  • Azərbaycan dilində mükəmməl ünsiyyət bacarıqları (yazılı və şifahi);
  • Səlis Rus/İngilis dili
  • Yüksək kargüzarlıq bilikləri
  • MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər;
  • Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;

İş Şərtləri:

  • Nəqliyyat və yataqxana ilə təmin olunma;
  • Nahar ilə təmin olunma;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər

mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...