Baş Balıqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Fish Farm şirkəti Baş Balıqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Balıqşünaslıq üzrə ali təhsil;
  • Minimum 5 il iş təcrübəsi (arzuolunandır);
  • Azərbaycan dili, Rus dili;
  • Balıqyetişdirmə sahəsi üzrə təcrübə;
  •  Balıqçılıq və balıq saxlanılmasına aid yüksək bilik;
  • MS office proqramları;
  • Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət.

Vəzifə üzrə öhdəliklər:

  • Balıqartırma və balıqyetişdirmənin texnoloji proseslərini və müddətlərini müəyyənləşdirir və qrafik üzrə təsdiq edir;
  • İstehsalat proseslərinə, hazırlıq işlərinə nəzarət edir;
  • Törədici balıqların kürü tökmə prosesinə hazırlığını təmin edir;
  • Törədici balıqların inyeksiya edilməsini təşkil edir;
  • Alınmış kürülərin mayalanması və inkubasiya edilməsi proseslərinə nəzarət edir;
  • Çıxmış sürfələrin yemlənməsini və nohurlara köçürülməsini təşkil edir və nohurlarda balıqların normativə uyğun yemlənməsinə nəzarət edir;
  • Əmtəə çəkisinə çatmış balıqların ovlanıb satışa göndərilməsini təşkil edir;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Region
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri“Baş balıqşünas”mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: JobSearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan