Baş aşpaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+CO MMC Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir. Milli mətbəxi peşəkar səviyyədə bilməlidir.

İş barədə məlumat:

  • Mətbəxin işini təşkil etmək və işçi heyətini idarə etmək
  • Menyunun hazırlanmasında iştirak etmək
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlanması sahəsində olan yenilikləri, həmçinin, yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək
  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək
  • Təsdiq olunmuş maliyyə büdcəsinə uyğun olaraq lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək
  • Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etmək
  • Mətbəxlə bağlı vaxtaşırı keçirilən sorğu əsasında şikayət və narazılıqların araşdırılmasında və problemin həllində iştrak etmək, verilən təklifləri nəzərdən keçirmək
  • Vəzifəsinin icrası ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • İş vaxtı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə peşə təhsili
  • Yaş aralığı: 30-50
  • Kişi namizədlərə üstünlük verilir
  • Korporativ mühitdə və gündəlik 300-350 nəfərlik staffa yemək hazırlanması üzrə minimum 3-5 il iş təcrübəsi
  • Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli
  • Milli mətbəxi peşəkar səviyyədə bilməli
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
  • Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli
  • İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş aşpaz” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl