Baş Aşpaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Green Tech Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat xidməti Şirkət tərəfindən verilir.

Vəzifə öhdəlikləri:

  • Mətbəxin tam idarə edilməsi (mövsümə uyğun menyunun hazırlanması, həftəlik hesabatın verilməsi);
  • Personal yeməyinin təsdiqlənən menyu əsasında hazırlanması;
  • Tabeliyində olan işçilərin təlimatlandırılması və onların işinə nəzarət edilməsi;
  • Məhsulun, xammalın, hazırlanmış yeməklərin və yarımfabrikatların saxlanılmasına nəzarət edilməsi;
  • Gigiyena qaydalarına riayət edilməsi.

Tələblər:

  • Milli mətbəxi bilməli;
  • İdarəetmə bacarığı;
  • Baş aşpaz vəzifəsində min 3 il iş təcrübəsi;
  • Qida təhlükəsizliyi qaydalarına aid biliklərin və sertifikatın olması (üstünlükdür);
  • Məhsulların sifarişi və depolanması üzrə biliklərin olması;
  • Xidmət etmək və insanlarla ünsüyyət qurmaq bacarığı.

Əmək şəraiti:

  • Əmək haqqı razılaşma yolu ilə (müsahibə əsasında təyin olunacaqdır);
  • 6 günlük iş qrafiki;
  • Nahar və nəqliyyat xidməti Şirkət tərəfindən verilir.

İş yeri – Binə qəsəbəsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@greentech.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş Aşpaz” şəklində göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...