Baş aşbaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Café de Baku Baş Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. Beynəlxalq və milli mətbəxi peşəkar səviyyədə bilməlidir.

Vəzifə öhdəlikləri :

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
  • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
  • Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
  • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
  • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.

Tələblər:

  • Müvafiq pozisyada ən azı 5 il iş təcrübəsi;
  • Yaş : 28-45
  • Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilmək;
  • Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilmək;
  • İş saatlarında çevik olmaq, gərgin iş qrafikində dəqiq və səmərəli işləmək;
  • Beynəlxalq və milli mətbəxi peşəkar səviyyədə bilmək;
  • Menyu tərtib etmək və menyu mühəndisliyini bilmək;
  • Mətbəxdə çalışan işçiləri idarə etməli və iş bölgüsü aparmağı bacarmaq;
  • Ünsiyyət qurma bacarığı olmalı;
  • Büdcəni tərtib etmək və ona nəzarət etmək;
  • Yeməklərin maya dəyərini hesablamaq.

Əmək haqqı: 1200-1500 AZN

İş qrafiki: 6 günlük iş qrafiki

İş saatı: 10 saat

Təminatlar:

  • Həftədə 1 gün istirahət;
  • Şirkət tərəfindən naharla təmin edilmə;
  • AR Əmək Məcəlləsinə uyğun işə qəbul.

Ünvan: Bakı şəhəri, m/s Elmlər Akademiyası, Bakı Dövlət universitetinin çıxışı, Z.Xəlilov 25a.

Namizədlərdən öz şəkilli CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Mənbə:jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...