Qısa məzmun
Zəfər bağları Baş Aqronom vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanması;
- Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasına nəzarət edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir;
- Sahələr üzrə aqrokimyəvi və aqrotexniki işlərin planlamaya uyğun aparılmasına nəzarət edir;
- Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqinin aparılması;
- Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsinə nəzarət;
- Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasının və hesabatlılığın təmin edilməsi;
- Hazır məhsulun təhvil-təslim işlərini və hesabatlılığı təmin edir;
- Dövri İnventarizasiyanın aparılmasının təşkili və prosesə nəzarət;
- Mal-material sifarişlərinin təsdiqi və icra vəziyyətinə nəzarət;
- Görülmüş işlər, hesabatlar, aktlar və digər müvafiq sənədlərin hazırlanması və imzalanmasının təmini;
- Gübrə, pestisid, kənd təsərrüfatı texnikaları ilə bağlı illik büdcə müzakirələrində iştirak.
- Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
Tələblər
- Aqronomluq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Güclü ünsiyyət və danışıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
- MS Excel proqram biliyi;
- 1 C proqramı bilikləri üstünlükdür.
Oxşar vakansiya siyahısı:
FİBERSTONE MMC SMETA üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Halal-P Mühəndis-Mexatronik vəzifəsi üzrə vakansiya elan edir. Komputer və Windows əməliyyat sistemi üzrə texinki biliklər olmalı ...
Saloğlu Fərdi Firması Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Fərdi Firması Mühəndis mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Fərdi Firması Mühəndis elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Fərdi Firması SƏTƏM vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Fərdi Firması Konstruktor /dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Fərdi Firması Planlama rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu CNC - Operator vəzifəsi üzrə vakansiya elan edir. ...