Qısa məzmun
Ə/h 650 AZN. “Unimetal” Məhdud Məsuliyyətli Cəmiyyət Baş anbardar vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Malların qəbuluna və çıxışına nəzarət.
- Malın anbarda yerləşdirilməsinə nəzarət.
- Anbarın hesabatının aparılması
- Anbardakı malların dövriyyəsinin analizi
- Malların yüklənməsi və boşaldılmasına nəzarət.
- Düzgün malların seçimi və vaxtında çatdırılmasına nəzarət.
- Anbarda keçiriləcək aylıq, rüblük sayımların təşkili.
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə.
- Sənədləşdirmə və mədaxil-məxaric, yerdəyişmə, istehsala silinmə, təhvil-təslim sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
- Anbar qalığının günlük yoxlanılması.
- Anbar sənədlərinin vaxtlı vaxtında sistemə işlənilməsi və günlük yoxlanılması.
- Anbara lazım olan malların sifarişlərini zavod rəhbəri tərəfindən təsdiqlənməsi və təçhizat şöbəsinə yönləndirilməsi.
- Rəhbərliyə və mühasibatlığa anbar qalığı məlumatların təqdim edilməsi.
- 6 günlük iş həftəsi, 1-5ci günlər saat 10:00-18:00, şənbə günləri saat 11:00-17:00 kimidir.
- Əmək haqqı: 650 azn
- Ünvan: Abşeron rayonu, Mehdiabad qəsəbəsi
Namizədə tələblər:
- Yaş: 30 – 45 yaş arası
- Təhsil: Ali təhsil
- Azərbaycan dilini səlis bilməlidir
- İş təcrübəsi: Anbardar üzrə 1 ildən 3 ilə qədər təcrübəsi olmalı (1C-də işləməyi bacarmalı)
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
- İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
Qeyd: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “baş anbardar” yazmaqla göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...