Qısa məzmun
Agrarco Baş anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Xammal (gübrə/dərman/ting və s. kimi) və mal-materialların müəssisə daxili prosedur qaydalarına əsasən düzgün qəbulunun, saxlanılmasının və anbarlardan buraxılmasının təmini və nəzarətin həyata keçirilməsi;
- Anbar sahələrindən səmərəli istifadə, xammal və mal-materialların səmərəli və təhlükəsiz yerləşdirilməsi və qorunmasının təmini və nəzarətin həyata keçirilməsi;
- Elektron (müəssisədə daxili istifadə edilən ERP bazası üzrə) və fiziki olaraq kağız daşıyıcı üzərindən rəşmiləşdirilmə qaydalarına və mədaxil-saxlama-məxaric sənədlərinin icrasının təmini və düzgün qaydada riayət edilməsinin nəzarətinin həyata keçirilməsi;
- Yeni xammal və ya mal-materiallar üzrə sistem daxili yeni nomenklaturanın yaradılmasının təmin edilməsi;
- Anbarlara minimal qalıq miqdarlarının müəyən edilməsi (yenidən sifariş nöqtəsi), minimal anbar qalıqları əsasında anbar qalıqlarının daimi təmini və nəzarətdə saxlanılması;
- Anbarlarda SƏTƏM üzrə tələblərin riayyət edilməsinin təmini və nəzarətdə saxlanılması. Yanğın təhlükəsizliyi üzrə ləvazimatların və yanğında mühafizə sisteminin olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtı-vaxtında təmir edilməsinə nəzarət edilməsi;
- Anbarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl edilməklə yükləmə-boşaltma və yerləşdirmə işlərinin aparılmasının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi;
- Aylıq anbardarlar tərəfindən sayımların aparılmasının və aktlaşdırılmasının təmini və nəzarətin həyata keçirilməsi;
- Əmtəə-maddi sərvətlərin müəssisə daxili müvafiq əmrə(lərə) əsasən inventarlaşdırılmasının aparılmasında iştirak edilməsi;
- Bölmə (sahə) işçilərinə rəhbərlik edilməsi, işçilərin səriştəliyinin artırılması ilə bağlı daimi təhlillərin aparılması və inkişaf istiqamətli işlərin təşkil edilməsi,
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar və səmərələşdirici təkliflərin hazırlayıb təqdim edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə rəhbər vəzifəsində 3 il iş təcrübəsi;
- ERP bazasında (1C, SAP və s. kimi) iş təcrübəsi;
- Fəaliyyəti ilə əlaqədar biznes proseslərin və prosedur qaydalarının tərtib edilməsini bacarmalı;
- Keyfiyyəti İdarəetmə sistemlərinə nəzarət və beynəlxalq standartların tətbiqi bacarıqları;
- Effektiv qərarvermə bacarığı;
- Heyətin motivə edilməsi və idarəedilməsi üzrə bacarıqlar;
- Yalnız və komanda ilə effektiv işləmə, güclü ünsiyyət, planlama bacarıqları.
Oxşar vakansiya siyahısı:
Təchizat üzrə mütəxəssis
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisiCamal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalmalar üzrə mütəxəssis
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...