Barmen
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Novikov Group Barmen vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri barədə məlumat:

  • Bar xidmətini təşkil etmək;
  • Bar masası ətrafında müştərilərə alkoqol və digər içkilər üzrə xidmət etmək;
  • Müştərilərə içki seçimində məlumat verərək yardım etmək və sifariş qəbul etmək;
  • Alkoqol və digər içki/kokteylləri yüksək keyfiyyətli hazırlamaq;
  • İsti və soyuq qəhvə növləri,çay və sərinləşdirici içkiləri hazır etmək;
  • Keyfiyyətin yoxlanışı etmək;
  • Vitrin, bar masası və avadanlıqları səliqəli və təmiz saxlamaq.

Namizədə tələblər:

  • Sahə üzrə mütləq iş təcrübəsi;
  • Klassik kokteyllər və aidiyyatı bar menyusunu yaxşı bilmək;
  • Yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • İş vaxtı təmiz və nizamlı görünmək;
  • Kollektivdə işləmək bacarığı;
  • Azərbaycan və rus dili biliyi, ingilis dili arzu olunandır.

İş şəraiti:

  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
  • 5 günlük iş həftəsi;
  • İş növbəlidir və qrafik əsasında tənzimlənir;
  • Nahar təmin edilir;
  • Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
  • Əmək haqqı təcrübə və bacarıq əsasında təyin ediləcəkdir.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiya adını “Barmen” qeyd edərək göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...