Qısa məzmun
Da Mug Coffeshop Barista vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Barista qəhvə və digər içkilər hazırlayır və Coffee Shop-dakı digər işlərdən məsul sayılır
- Daxil olan müştəriləri salamlamaq
- Müştərilərə menyunu təqdim etmək və menyu (içki və şirniyyatların tərkibi) ilə bağlı sualları cavablandırmaq
- Sifariş qəbul edərkən detallara diqqət yetirmək (məsələn, qəhvə növü, süd və şəkərin miqdarı və s.)
- Hazır desertləri və içkiləri təqdim etmək
- Ödənişləri (nağd və kredit kartları) qəbul etmək, kassa əməliyyatlarını aparmaq
- İş yerini təmiz saxlamaq, qabların təmizliyini qorumaq və ehtiyyatda saxlamaq
- Menecerə müştəri rəylərini bildirmək və menyu üçün yeniliklərlə bağlı tövsiyyələr vermək
Tələblər:
- Minimum 3il təcrübə, xanım namizədlərə üstünlük verilir
- Təhsil vacib deyil, elementar riyazi biliklərin olması kifayətdir
- Öyrənməyə həvəsli, təşəbbüskar, ünsiyyətcil, gülərüz və müştərilərlə işləmək bacarığı
- Xidmət sahəsinə maraq və uzunmüddətli karyera planları üstünlükdür
- Azərbaycan dilində səlist nitq qabiliyyəti, rus dili bilənlərə üstünlük verilir
İş şəraiti:
- Həftə ərzində günlük iş qrafiki 6gün
- Qrafik növbəlidir
- Əmək haqqı 400azn
- Yaş həddi 22-30
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Barista” qeyd edərək coshgun.hashimov@kbt.az ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Housekeeping Manager
Your day to day You will manage the day-to-day activities of the housekeeping department; schedule employees to ensure proper coverage while ensuring all staff are proper ...
Ofisiant
Rivoli Cafe Terrace Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...