Qısa məzmun
Ə/h 400-600 AZN. LİBRAFF MMC Barista vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Biz, müxtəlif növ çay və qəhvə, isti və soyuq içkiləri hazırlamağı bacaran baristalar axtarışındayıq. Baristanın əsas vəzifə öhdəlikləri – Müştərilərə menyu üzərindən tövsiyyələr vermək və sifarişləri qəbul etməkdir. Bu işdə uğurlu olmaq üçün siz müştəri xidmətləri sahəsində yüksək bacarığa və qəhvə üzrə biliklərə sahib olmalısınız.
- Daxil olan müştəriləri salamlamaq
- Müştərilərə menyunu təqdim etmək və menyu (içki və şirniyyatların tərkibi) ilə bağlı sualları cavablandırmaq
- Sifariş qəbul edərkən detallara diqqət yetirmək (məsələn, qəhvə növü, süd və şəkərin miqdarı və s.)
- Hazır desertləri və içkiləri təqdim etmək
- Ödənişləri (nağd və kredit kartları) qəbul etmək, kassa əməliyyatlarını aparmaq
- İş yerini təmiz saxlamaq
- Qabların və fincanların təmizliyini qorumaq və ehtiyyatda saxlamaq
- Menecerə müştəri rəylərini bildirmək və menyu üçün yeniliklərlə bağlı tövsiyyələr vermək
Namizədə tələblər:
- Bu sahədə iş təcrübəsi arzu olunandır
- Elementar riyazi biliklərin olması
- Müştərilərlə işləmək bacarığı
- Yüksək ünsiyyət bacarıqları
- Müvafiq diplom və yaxud sahə üzrə sertifikatların olması üstünlükdür
Yuxarıdaki tələblərə uyğun gələn namizədlər CV-ləri human.resources@libraff.az ünvanına göndərərək mövzu yerində vəzifə adı “Barista” göstərməklə müraciət edə bilərlər.
QEYD: Vəzifə adı qeyd olunmayan müraciətlərə baxılmayacaqdır.
Oxşar vakansiya siyahısı:
Baş Mexanik
Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Fəhlə
İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...