Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Bank Bankın Daxili Audit İdarəsinin auditoru vəzifəsi üzrə vakansiya elan edir. Bank sahəsində minimum 3 illik təcrübə tələb olunur.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali magistr təhsili (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
- Bank sahəsində minimum 3 illik təcrübə;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”);
- Azərbaycan dilini mükəmməl, Rus və İngilis dilini yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;
- Mühasibat Ucotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi;
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər;
- Bank və risklərin idarəolunmasına dair biliklər;
- Bank əməliyyatlarının bütün aspektləri ilə bağlı ümumi biliklər;
- Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
- Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
- Məsuliyyətlilik;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Hesabatın hazırlanması və yazılması bacarığı;
- Yaş həddi: 24 – 35.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...