Bank və kassa əməliyyatları üzrə Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Agrowest Bank və kassa əməliyyatları üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İşçiyə qoyulan tələblər:

  • Təhsil-İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə;
  • İş təcrübəsi-1 ildən artıq mühasibatlıq sahəsi üzrə;
  • 1C,  MS Excel bilikləri;
  • Detallara diqqət etmək, məsuliyyət və dəqiqlik.

Vəzifə öhdəlikləri:

  • Nağdsız ödənişlərin aparılması, ödəniş sənədlərinin hazırlanması;
  • Təchizatçı şirkətlər ilə imzalanmış üzləşdirmə aktları əsasında internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
  • 1C proqramında bank çıxarışlarının işlənməsi;
  • Elektron vergi sistemi ilə işləmək, e-qaime-nin düzgünlüyünün yoxlanılması, onlayn kargüzarlıq ilə iş;
  • Kassa əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Bank əməliyyatlarının yoxlanılması, nəzarəti və uçotunun aparılması;
  • Müxtəlif məsələlərin həlli üçün banklarla əlaqə saxlanılması;
  • Sənədlərin arxivləşdirilməsi;
  • Dövrün aylıq bağlanması, rəhbərlik üçün hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şərtləri:

  • Stabil iş
  • Icbari sığorta
  • Əmək haqqı: razılaşma əsasında;
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş vaxtı:  9.00 – 18.00
  • İstirahət günləri: Şənbə və Bazar günü.

Maraqlananlar öz CV formalarını  eyvaz.eyvazov@aplus.az göndərə bilər (məktubun mövzu bölməsində “Bank və kassa əməliyyatları üzrə Mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

700 — 800 ₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

12.05.2025 - Bakı

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı