Qısa məzmun
Caspian Innovation Center şirkəti Backend Developer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Konsepsiyadan hazır məhsula qədər proqram təminatının hazırlanmasının bütün mərhələlərində iştirak etmək
- Effektiv işləyən API və RESTful xidmətləri dizayn etmək və hazırlamaq
- Verilənlər bazalarını dizayn etmək və hazırlamaq
- Yaxşı dizayn edilmiş, test edilə bilən, effektiv, təmiz kod yazmaq
- Mövcud proqram təminatına dəstək vermək və yaranan problemləri aradan qaldırmaq
- Gələcəkdə istifadə üçün təkrar istifadə edilə bilən kod və kitabxanalar yaratmaq
- Yeni texnologiyaları öyrənmək və cari ən yaxşı təcrübələrdən xəbərdar olmaq
- Kodlara yenidən baxılmada iştirak etmək
- Hazırlanan həllərdə təhlükəsizlik, performans, davamlılıq, miqyaslılıq, istifadəyə yararlılıq, etibarlılıq və responsivlik təlabatlarını təmin etmək
- Texniki sənədləri hazırlamaq
- CIC informasiya təhlükəsizliyi tələblərinə riayət etmək
Bilik və bacarıqlar:
- Kompüter elmləri və ya müvafiq sahədə ali təhsil
- Backend proqramlaşdırma sahəsində ən azı 1 il təcrübə
- C# proqramlaşdırma dili və .NET, ASP.NET platforması üzrə biliklər
- MySQL, Oracle və MongoDB kimi verilənlər bazaları üzrə biliklər
- Git versiyaya nəzarət sistemi üzrə biliklər
- Analitik düşünmə və problem həll etmə bacarığı, alqoritmik biliklər
- Şifahi və yazılı ünsiyyət bacarıqları
- Komandada yaxşı işləmək və problemləri birgə həll etmək bacarığı
- Texniki səviyyədə İngilis dili biliyi
- Birdən çox tapşırığı yerinə yetirmək, işi planlaşdırma və prioritetləşdirmək bacarığı
- Təşəbbüskarlıq
- Dürüstlük
- IIS, Apache, Nginx serverləri üzrə biliklərə üstünlük verilir
- Enterprise Content Management (ECM) üzrə biliklərə üstünlük verilir
- HTML, JavaScript və CSS biliklərinə üstünlük verilir
- React üzrə biliklərə üstünlük verilir
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 15.05.2022-ci il tarixinədək CV-nizi göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...