Qısa məzmun
Ə/h 400-600 AZN + Bonus. VeloKuryer B2B üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. Satış və istifadəçi yönülmü düşüncə tərzi olmalıdır.
İş barədə məlumat:
- 2015 – ci ildən logistika sahəsində rəsmi fəaliyyətə başlayan VeloKuryer təklif etdiyi kuryer xidmətləri ilə rəqiblərindən sürəti, rahatlığı və istifadəçi məmnuniyyəti ilə seçilir
- İş saatları həftə içi 5 gün 10:00 -19:00, 6-cı gün 10:00 – 16:00. (işin gedişatından asılı olaraq 5 günlük iş rejiminə keçmə imkanı)
- Şirkət tərəfindən təqdim olunan korporativ nömrə
- 5 illik fəaliyyətimiz ərzində yığılmış məlumat bazasından istifadə imkanları
- Şəhərin mərkəzində yerləşən ofis
QEYD: Rezumenizi vacancy@velokuryer.az elektron ünvanına “korporativ satış təmsilçisi” başlığı altında göndərə bilərsiniz.
Namizədə tələblər:
- Rəhbərliyə günlük, həftəlik və aylıq fəaliyyət hesabatının məruzəsi
- Korporativ email ünvanına daxil olan müraciətlərin cavablandırılması və əməkdaşlıq sorğularının icrası
- Korporativ idarəetmənin prinsiplərini bilməli
- Email vasitəsilə ünsiyyət bacarığı olmalı
- Sərgi və tenderləri izləməli və onlarda iştirak üçün müraciət etməli
- Detallara diqqətli, inandırma qabiliyyətli, kritik düşünə bilməl
- Rəqabət mühitini anlamalı və uyğun tələbatı müəyyənləşdirilməli
- CRM və MC Office əsasən də Excell və PowerPointdə faydalı işləmə təcrübəsi
- Yeni müştərilərin qazanılması üçün mütəmadi görüşlərin təşkili və icrası
- Azərbaycan və rus dilində səlis danışıq və yazı qabiliyyəti vacib, ingilis dili orta səviyyədə
- B2B sektorunda 1 il-dən çox təcrübə
- Yaşı 25 – dən yuxarı, səliqəli, səmimi, aktiv, və ən əsası əla dinləmə bacarığı
- Satış və istifadəçi yönülmü düşüncə tərzi
- Aktiv satış, yüksək ünsiyyət və prezentasiya bacarıqları
- Gərgin mühit və qrafikdə məhsuldar işləmə bacarığı
- Məsuliyyətli, inkişafa meylli, yeniliyi tətbiq etməyi sevən və komanda ilə işləmək bacarıqlı
Oxşar vakansiya siyahısı:
Satış Meneceri
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
SatıcıSuper Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...