Qısa məzmun
Holcim Azerbaijan B2B Ərazi üzrə Satış Nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir.
Şöbə: Kommersiya
İş saatı: 08:00-17:00
Əsas vəzifələr:
- Biznes imkanlarını fəal şəkildə araşdırır və fərdi fəaliyyət göstəricilərinin yerinə yetirilməsinə dəstək olur
- Kommersiya Siyasəti çərçivəsində kommersiya təklifləri işləyib hazırlayır
- Səfər planına uyğun olaraq Müştərilər, araşdırıcılar və təsiredici qüvvələrlə mütəmadi təkbətək görüşlər keçirir və ya telefonla əlaqə saxlayır
- Müqavilələrdə həcm, daşınma, qiymət və ödəniş şərtlərinə cavabdehdir
- Mövcud nəticələrə aid müştərilərlə biznes görüşlər təşkil edir, müvafiq əlavələrin və üzləşdirmə aktları, yol vərəqələri və s kimi sənədlərin imzalanmasını təmin edir
- Cavabdeh olduğu ərazinin bütün bizness parametrlərinə məsuliyyət daşıyır (bazar payı, həcmi, qiymətlər və qalıq borclar və aktiv sənaye istehlakçıları, iş yerləri və layihələr, mövcud borcların toplanması)
- Şirkətin istehsal və təchizat fəaliyyətini optimallaşdırmaq məqsədilə satışın həcmi, planlaşdırılmasını təhlil edir və proqnozlaşdırır
- FFG yerinə yetirilməsinə dəstək olan region və starteji Müştərilər üçün fəaliyyət planı hazırlayır;
- Kommersiya fəaliyyətinə aid qiymət, market araşdırmaları, səfərlər, nağd pulun toplanmasının proqnozlaşdırılması və s kimi kesabatlar hazırlayır və paylaşır
- Rəqabət və ixrac fəaliyyəti haqqında hesabatlar hazırlayır və sonda şirkətin startegiyasına uyğunluğa nəzarət edir
- Şirkətin imicini bazarda daha da artırmaq məqsədilə istehlakçılarla münasibətlərin daha yaxşı olmasına nəzarət edir
- İstehlakçılara texniki dəstək göstərir
- Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
- İşlədiyi rayonlarda Holcimin marketinq kompaniyalarında iştirak edir.
- Kommersiya fəaliyyəti ilə əlaqəli xərclərin (səyahət xərcləri, yanacaq sərfi, reklam materialları, marketinq fəaliyyətləri və s.) dəqiq idarə edilməsinə məsuldur.
- Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.
- Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək
Təminat:
- Avtomobil, Benzin Kartı, Bonus proqramına uyğunluq, Sığorta paketi + ailə üzvləri, Əlavə yemək müavinətləri, bütün Səyahət Xərclərinin əhatəsi
Bacarıq və Kvalifikasiyalar:
- İnşaat, tikinti materialları və ya iqtisadiyyat sahəsində ali təhsil
- Müvafiq sahədə iş təcrübəsi. Satış və ya Hazır Beton Məhsulları və hazır məhsullara texniki dəstək
- Xarici dil – İngilis və Rus;
- Güclü kompüter bacarığı-Office Proqramlarının etibarlı istifadəçisi (Word, Excel, PowerPoint)
- B kateqoriyalı sürücülük vəsiqəsi
Müraciət proseduru:
Maraqlananlar CV –lərini, mövzu hissəsində “B2B RSP” yazmaqla göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Ərizələrin son qəbul tarixi: Dekabr 23, 2021
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
800 — 1300 ₼
Optik Tibbi NümayəndəAzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...