Qısa məzmun
Landau Education Group Azərbaycan dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
Yeni tədris ili üçün komandamıza qoşulmağa hazır olan, ixtisaslı və təcrübəli Azərbaycan dili müəllimlərini Rus bölməmiz üçün axtarırıq.
- Dərslərin planlaşdırılması, hazırlanması və keçirilməsi;
- Şagirdlərin fərdi ehtiyac və qabiliyyətlərinə uyğun tədrisin aparılması;
- Tədris keyfiyyətinin yüksək standartlarının təmin edilməsi;
- Şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi və qeydə alınması/geri dönüşün təmin edilməsi;
- Təhlükəsiz və müsbət öyrənmə mühitinin təmin edilməsi.
Tələblər
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Rus dili biliyi yaxşı səviyyədə (tədris rus bölməsi üçün nəzərdə tutulub);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Tədris metodlarını bilmək;
- Ünsiyyət bacarığı;
- Zamanın idarə olunması.
Təqdim etdiyimiz iş şərtləri:
- İş yeri: Nərimanov/Gənclik kampusu;
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: həftədə 5 gün;
- Ödənişli illik məzuniyyət: 56 gün;
- Həyat yığım sığortası;
- Könüllü Tibbi sığorta;
- Push30 platformasında 75% endirim;
- Landau School-da uşaqların təhsili üçün endirimlər;
- Peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar