Avtomobil Yuyucu
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Auto Azərbaycan Avtomobil Yuyucu vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu mövqeyini hər zaman qorumağı bacaran “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

Əsas tələblər:

  • Adiyyatı sahədə iş təcrübəsi arzuolunandır.
  • Kimyəvi maddələrin saxlanması, daşınması və yığışdırılması ilə əlaqədar ekoloji tələbləri, nəqliyyat vasitəsinin xarici və daxili, mühərriki, bölmələri, hissələri üçün tövsiyə olunan yuyucu vasitələri, onların istismarı və qurutma prosedurları kimi bilgilərə malik olmalı
  • Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli
  • Avtomobil idarə etmək bacarığı (sürücülük vəsiqəsi olmalı)

Vəzifə öhdəlikləri:

  • Əl üsulu və ya mexaniki avtomatdan istifadə etməklə nəqliyyat vasitəsini üzdən yumaq və təmizləmək
  • Nəqliyyat vasitəsinin gövdəsinin qapı və ya ayaqaltı örtüklərini yumaq və təmizləmək;
  • Nəqliyyat vasitəsinin gövdəsini və sistemin hissələrini yumaq və təmizləmək;
  • Mühərrikin bölməsi və hissələrini yumaq və ya təmizləmək.
  • Nəqliyyat vasitəsinin korpusunun xaricini və daxilini, mühərriki, bölmə və hissələri qurutmaq:
  • Kimyəvi vasitələr, alətlər və avadanlıqları seçmək və onlardan istifadə etmək;
  • Yuyulma və qurulama prosesini avtomobilin ümumi görünüşünü zədələmədən həyata keçirmək;

Biz sizə nə veririk?

  • Auto Azərbaycan bərabər iş imkanları vəd edir
  • Bütün işçilərə istənilən növ ayrıseçkilikdən uzaq iş şəraiti yaradır.
  • Mehriban kollektiv
  • Karyera inkişafı
  • Fikirlərinizi və lahiyələrinizi dəyərləndirməyə dəstək

Əmək şəraiti:

  • 6 günlük iş rejimi;
  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • 350+bonus

İş yeri:

  • Bakı şəhəri, Ziya Bünyadov pr. 118

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Avtomobil yuyucu” yazaraq öz şəkilli CV-lərini hr@autoaz.az  ünvanına yollaya bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı