Avtomatlaşdırma üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzerFloat Avtomatlaşdırma üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və Öhdəlikləri:

  • Yeni xətlərin, avadanlıq və cihazların ilkin testini  və istehsalatda işə buraxılmasını təmin etmək;
  • Avtomatika sistemlərində istifadə edilən texnologiyaları tətbiq etmək;
  • Sahə cihazlarının kalibrlənməsi və parametrlərinin dəyişdirilməsini təmin etmək;
  • Tezlik çeviricilərinin (invertor) konfiqurasiya edilməsi və parametrlərinin dəyişdirilməsini təmin etmək;
  • Prosesin  kritik nöqtələrində axın, səviyyə, temperatur, sürət  və təzyiq verici və çeviricilərinin konfiqurasiya edilməsini və işə buraxılmasını təmin etmək;
  • Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə sənədlərini hazırlamaq;
  • Texnoloji prosesin fasiləsiz çalışmasını təmin etmək üçün avtomatik idarəetmə və ölçmə cihazlarının ehtiyyat hissələrini sifariş etmək;
  • Texniki sənədləri hazırlamaq və elektrık / avtomatika sxemlərini çəkmək;
  • PLC- lərin giriş/çıxış siqnallarını yoxlamaq;
  • Tabeçiliyindəki işçilərin Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizlik qayda və təlimatlarının tələblərinə riayət etməsini zamanında yoxlamaq;
  • Təlimatların, sxemlərin, rejim xəritələrinin və digər ölçmə/kalibrləmə  inventarlarının səliqəli saxlanmasını təmin etmək;

Bilməlidir:

  • Proqramlana bilən loqik kontrollerlərin (PLC) proqram yazılımının və quraşdırılmasının, konfiqurasiyası və optimallaşdırılmasının əsaslarını bilmək;
  • PLC ilə təchiz olunmuş proseslərin, xətlərin və maşınların texnoloji ve elektrik sxemlərini oxuya bilmək;
  • Təzyiq, tempratur, səviyyə, axın və.s parametrlərin PİD tənzimləyicisi vasitəsi ilə tənzimləmə prinsiplərini bilmək;
  • Çoxfunksiyalı kalibrləmə və HART kommunikator cihazları vasitəsi ilə sahə cihaz və avadanlıqlarının kalibrlənməsi və ölçülməsini bilmək;
  • Tezlik çeviricilərini (invertor) ilkin işə buraxan zaman işçi parametrlərinin yazılmasını bilmək;
  • İstehsal prosesini SCADA vasitəsi ilə idarə edilməsi alqoritmini və
  • yaranmış “Fault” və “Alarm” ları SCADA vasitəsi ilə araşdıraraq problemin səbəblərini müəyyən etmək;
  • Əlaqə protokolları olan Profibus, Profinet, modbus və.s protokolların iş prinsipini və xüsusiyyətlərini bilmək;
  • Tezlik çeviricilərinin (invertor) proqramlaşdırılması və xətaların araşdırılması üçün “Siemens Starter” proqramını bilmək;
  • P&ID və Hook up diaqramlarını oxuya bilmək;

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahəs üzrə minimum 5 il iş təcrübəsi;
  • MS Office, Elektrik & avtomatika dizayn proqramları;
  • Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzuolunandır);

Xüsusi bacarıqlar:

  • Komandada işləmək bacarığı və işi təşkil etmə bacarığı;
  • Etibarlılıq və dürüstlük;
  • Düzgün analiz edə bilmə bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Detallara diqqət yetirə bilmək;

İş şəraiti:

  • İş qrafiki: 5 günlük;
  • İş saatı:  09:00 – 18:00;
  • Tibbi sığorta;
  • 20 Yanvar m/s- dan servis xidməti;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır;

Mövzü yerinə “Avtomatlaşdırma üzrə mühəndis” yazıb email ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı