Avtomatika mühəndisi (Sumqayıt)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Avtomatika mühəndisi (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir:

  • Texnoloji proseslərin və maşınların fasiləsiz işinin təmin olunması üçün texnoloji və elektrik sxemləri üzrə nasazlıqlarının aşkarlanması, aradan qaldırılması və düzgün texniki istismarının təmin edilməsi;
  • SCADA sistemlərinin, HMI, PLC, AC, servo və stepper invertorların (driver) diaqnostikası, nasazlıqların aşkarlanması, proqramlaşdırılması və yenisi ilə əvəz olunması;
  • Qazanxana, kompressor və arıtma sahəsi avadanlıqlarında avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmir işlərinin aparılması və yenidən işə alınmasını təmin etmək.
  • Avtomatik nəzarət sistemlərinde istifade olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) diaqnostikası, nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
  • Çox funksiyalı ölçmə cihazlarının və həssas sensorların yenisi ilə əvəzlənməsi, kalibrasiya olunması və parametrlərinin düzgün daxil edilməsi;
  • İstehsalat avdanlıqlarında sıradan çıxan hissələri müəyyən etmək və onun yeni hissələrlə əvəz olunmasını təşkil etmək, təmir bərpa işləri üçün ehtiyat hissə bazasını yaratmaq,təmir planı tərtib etmək, təmir planına əsasən təmir işlərinin aparılmaq və hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali texniki təhsilli;
  • İngilis dili bilgisinə üstünlük verilir.
  • Kompüter bilikləri: Ofis proqramları, Əməliyyat sistemi, kompüter şəbəkələri, PLC və SCADA proqramları;
  • İnvertorlarla işləmə bacarığı.

Əlavə məlumat:

  • İş yeri: Sumqayıt şəhəri, Gilan Tekstil Park MMC;
  • Naharla təmin olunma;
  • Əmək haqqı razılaşma əsasında;
  • Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqdır.

Link:  https://hr.mktcotton.com/az/job/avtomatika-muhendisi-sumqayit

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan