Avtokar sürücüsü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZDIZAYN GROUP MMC Avtokar sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Namizədə olan tələblər:

  • Orta təhsil;
  • Satış (seramik) sahəsində minimum 1 il iş təcrübəsi;
  • Fiziki aktiv,
  • Məsuliyyətlilik,
  • Səliqəlilik,
  • Komandayla iş

İş haqqında məlumat:

  • Anbara gələn malların avtokarla boşaldılması
  • Mallar haqqında məlumatın öyrənilməsi və uyğun olaraq malların düzgün şəkildə yerləşdirilməsi
  • Anbardan çıxacaq olan malalın avtokarla maşınlara yüklənməsi
  • Gün ərzində ehtiyac olduqda fəhlələrə köməklik edilməsi
  • Avtomobildən boşaldılan malların anbarda yerləşdirilməsi
  • Çıxarılmış malları anbardar tərəfindən yoxlandıqdan sonra yük maşınlarına yüklənməsi
  • Avtokarın sazlığına nəzarət edilməsi və yaranmış problemlərlə bağlı birbaşa rəhbərin məlumatlandırılması
  • Ehtiyac olduqda fəhlələrə köməklik edilməsi
  • Anbardar tərəfindən tapşırılan digər işlərin həyata keçirilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı –550 manat

Vakansiyaya müraciət üçün CV-ləri “Avtokar sürücüsü” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı