Avtokar sürücüsü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Smarton Avtokar sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:

  • Topdan və pərakəndə satış
  • Korporativ satış
  • SmartOn.az onlayn mağaza üzərindən satış
  • Rəsmi və avtorizə olunmuş servis mərkəzləri

Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.

Vəzifə öhdəlikləri:

  • Anbar daxilində paletlərin yüklənməsi, boşaldılması, yerdəyişimini həyata keçirmək.
  • Yüklərin təyinatı üzrə yüklənməsi, boşaldılması, daşınması, yerləşdirilməsi.
  • Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq.

Namizədə qarşı tələblər:

  • Mexaniki nəqliyyat vasitəsini idarə etmək üçün xüsusi sertifikatı;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş stajı;
  • Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqlar;
  • Texnikanın ilkin mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlar;
  • Yaş həddi: 25-45;
  • Qala və ona yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək

İş şərtlərti:

  • Əmək haqqı: 500-550 AZN
  • İş rejimi: 5 günlük.
  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: şənbə və bazar
  • 3 aylıq sınaq müddətindən sonra tibbi sığorta ilə təminat.
  • İş yeri: Qala ərazisindədir.

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı