Auditor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Qoruqları İdarəetmə Mərkəzi Auditor vəzifəsi üzrə vakansiya elan edir. Excel proqramını yüksək səviyyədə bilməlidir.

Vəzifə öhdəlikləri:

  • Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi, keçiriləcək audit yoxlamalarının təşkili;
  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı audit yoxlamalarının həyata keçirilməsinin təmin edilməsi;
  • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi;
  • Mərkəzin audit siyasəti fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Normativ-hüquqi aktların və qaydaların icra vəziyyətinin, Mərkəzin strateji planının həyata keçirilməsinin, bütün struktur şöbələr üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının, bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin, audit və təftişinin aparılması;
  • Mərkəzin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditi və təftişinin aparılması;
  • Mərkəzdə maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının, mərkəzin aktivlərinin qorunması vasitələrinin qiymətləndirilməsi, mərkəzin işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi işinə fasiləsiz nəzarətin həyata keçirilməsini təmin edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Vergi ödənişlərinə nəzarət etmək, vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;

Vakant vəzifə üzrə tələblər:

  • Mühasibatlıq / Maliyyə sahəsində ali təhsili olmalı;
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı, ingilis və rus dili biliyi – yaxşı səviyyədə;
  • Audit sahəsində minimum 5 illik iş təcrübəsi (Dövlət orqanlarında iş təcrübəsi olanlara üstünlük veriləcək);
  • Excel proqramını yüksək səviyyədə bilməli;
  • Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
  • Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
  • 1C 7.7-8.2 və ya Günəş mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 Fevral 2020-ci il tarixinədək job@tourismboard.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Auditor” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı