Auditor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals Auditor vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil tələb olunur.

Tələblər:

  • Ali iqtisadi təhsil
  • Qiymətlərə nəzarət sahəsində 2-3 ildən az olmayan iş stajı
  • Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C-vacibdir və s), Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər
  • Yaxşı riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklərə malik olma, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı, hesabatların hazırlanması və yazılması bacarığı

Vəzifə öhdəlikləri:

  • Mal satan şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması və maliyyə direktoruna məlumatın verilərək təsdiqindən sonra kassa məxaric qəbzlərinin təsdiq edilməsi.
  • Mal satanlara iadə olunan malların razılaşdırılmış iadə şərtlərinə uyğunluğunu və əməliyyatın doğruluğunun yoxlanılması və 1C proqramında təsdiq edilməsi.
  • Apteklərdən daxil olan iadələrin daxili qaydalara uyğunluğunun yoxlanılması və şirkətdən alınmayan malların iadəsinin və digər neqativ halların qarşısının alınması.
  • Şirkətin anbarları arasında mal hərəkətinin 1C-proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət.
  • 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aağı satışın qarşısının alınması.
  • Mütəmadi olaraq mal satan şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və AKT-laşdırılması. Anbarda olan malların seriya, adları üzrə uyğunsuzluqlarının 1C proqramında düzəliş edilməsi.
  • Referent siyahıya daxil edilmiş qiymətlərin 1C –proqramına daxil edilməsi və yoxlanılması. Apteklərin yerlərdə audit olunması;
  • Şirkət tərəfindən satılan malların apteklər tərəfindən digər mal satanlardan alınmasının aşkar edilməsi və qarşısının alınması. Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət və təsdiq
  • Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması və təsdiqi

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı