Qısa məzmun
Fostanpak MMC Audit üzrə mütəxəsis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- İllik Audit planına və plandan kənar qrafikə əsasən, ərazilərə audit vizitlərinin keçirilməsi;
- Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
- Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
- Şirkətdaxili konfidensiallığa riayət olunması;
- Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil; , iqtisadi və ya digər analitik ixtisaslar üzrə təhsili;
- Audit sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
- Təcrübə: Satış sahəsində , satış üzrə təcrübə və ya audit təcrübə ;
- Ezamiyyəyə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
- Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
- Analitik təfəkkür;
- İşində məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
- Komandada işləmə bacarığı;
- Şəxsi avtomobilin olması üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00 həftə içi və Şənbə 09:00- 15:00.
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı 500- 1000 AZN
- Korporativ nömrə ilə təmin ediləcək
Ünvan : Bineqedi ray, DSK yolu, 10 May 395
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində (Audit üzrə mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...