Qısa məzmun
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Haqqında:
Biz komandamıza Audit Üzrə Mütəxəssis axtarışındayıq , bu rolda sizin əsas məqsədiniz fabrik daxilində daxili audit proseslərini həyata keçirmək, maliyyə və əməliyyat fəaliyyətlərini yoxlamaq , risklərin minimallaşdırılması istiqamətində təhlillər aparmaq və təkminlədirməsi üzrə təkliflər hazırlamaq , şirkətin fəaliyyətinin müvafiq qanunvericilik və daxili siyasətə uyğunluğunu təmin etməkdən ibarət olacaqdır.
İş Barədə Məlumat:
- İş yeri : Hacıqabul ;
- Fabrikin maliyyə və əməliyyat fəaliyyətlərinin auditini aparmaq;
- Daxili audit planına uyğun olaraq risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
- Audit zamanı aşkar olunan uyğunsuzluqlar, maliyyə itkiləri və səmərəsizliklərlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əməliyyat və maliyyə fəaliyyətlərində effektiv nəzarət sistemlərinin qurulması və tətbiqini təklif etmək;
- İllik audit planının hazırlanması və həyata keçirilməsinə dəstək göstərmək;
- Müvafiq sənədlərin və prosedurların qanunvericiliyə və daxili siyasətə uyğunluğunu yoxlamaq;
- Audit nəticələrinə əsaslanaraq problemlərin aradan qaldırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
- 6 günlük iş rejimi (09:00 – 17:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
- Audit və ya daxili nəzarət sahəsində ən azı 2 il iş təcrübəsi;
- Beynəlxalq audit standartları və müvafiq qanunvericilik üzrə biliklər;
- Risklərin idarə edilməsi və analiz bacarıqları;
- Analitik düşüncə və detallara yüksək diqqət;
- Güclü məsuliyyət hissi və etibarlılıq;
- Komanda ilə işləmə bacarığı və effektiv ünsiyyət qurma qabiliyyəti.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt haciqabulqusculuq.hr@gmail.com ünvanımıza göndərə bilərsiniz .
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Superfon şirkəti Maliyyə monitorinqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...