Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kredit Evi QSC Audit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dillərində səlis danışıq bacarığı olmalıdır.
Tələblər:
- Təhsili: ali;
- İş təcrübəsi: mövcud sahədə və ya Risklərin qiymətləndirilməsi sahəsində minimum 1 il təcrübə. (Kredit sahəsində təcrübəsi olan və risklərin aşkarlanmasında xüsusi bacarığı olanların da namizədliyi qiymətləndiriləcəkdir);
- Cinsi: kişi;
- Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, İngilis dili biliyi arzu olunandı;
- Kompüter bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir;
- Bacarıqlar: Risklərin qiymətləndirilməsi, Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, yüksək ünsiyyət qabiliyyəti olmalıdır.
İşin təsviri:
- Şirkətin struktur bölmələrində mütəmadi audit yoxlamalarının keçirilməsi;
- Mövcud risklərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı tövsiyələr vermək;
- Şirkətə aid strukturaların yoxlanılması məqsədi ilə ezamiyyələrdə iştirak etmək;
- Yoxlamaya dair hesabatlar hazırlamaq;
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli CV mütləqdi) hr@kreditevi.az elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Audit mütəxəssisi). Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.