Qısa məzmun
Gədəbəy Mineral Suları- MMC Audit müdiri vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şirkətin daxili audit siyasətinin və strategiyasının müəyyən edilməsində iştirak etmək, iş və tədbirlər planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planını (strategiyanın) və praktiki audit proqramını hazırlamaq;
- Daxili audit və daxili nəzarət üzrə metodologiyanın və daxili audit qaydalarının layihələrini hazırlamaq;
- Audit olunmalı fəaliyyətləri müəyyən etmək, onların vacibliyini qiymətləndirmək və müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin etmək;
- Şirkətin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
- Şirkətin anbarlarında araşdırmalar aparmalı və uyğunsuzluqları kateqoriyalara ayıraraq hesabatlar hazırlamalı;
- İstehsal prosesində iştirak etməli və yaranmış uyğunsuzluqlar barədə araşdırma apararaq aradan qaldırmalı;
- Şirkət tərkbində fəaliyyət göstərən fabriklərdə, anbarlarda, satış nöqtələrində və şöbələrdə inventarlaşmaya nəzarət etməli;
- Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Ehtiyac olduqda şirkətdə mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Daxili audit şöbəsinin fəaliyyətinin təşkil, idarə olunması və tabeçiliyində olan işçilərə nəzarət olunması və s.
TƏLƏBLƏR:
- Ali təhsil (Hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə);
- Yaş həddi 30-50 aralığı;
- İxtisası üzrə azı 5 il (FMCG sahəsində olması üstünlükdür), müvafiq sahə üzrə rəhbər vəzifədə isə azı 3 il iş təcrübəsi;
- Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
İŞ REJİMİ VƏ DİGƏR ŞƏRTLƏR:
- Əmək haqqı: 3000 azn;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar;
- İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi
Müraciət etmək istəyən namizədlərdən CV-lərini hr@gedebeywater.com mail ünvanına mövzu hissəsinə “ Audit müdiri” qeyd edərək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...