Audit Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Abacus Audit And Consulting Vergi uçotu üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dillərini bilməlidir.

İş barədə məlumat:

  • Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
  • Şirkətlərin maliyyə departamentləri tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması, menecment üçün hesabatların etibarlılığına dair rəylərin hazırlanması
  • Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi
  • Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi
  • Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət olunması
  • İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması
  • Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması
  • Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması
  • İş qrafiki həftədə beş gün I-V günlər, saat 9:00-dan 18:00 dək

Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən 2500 -3500 manat aralığında həmçinin, auditin düzgün, ətraflı, tam əhatə edilməsinə görə əlavə mükafatlarda(bonuslar) ödənilir

Tələblər:

  • İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
  • ACA, ACCA, CİSA vəya bənzəri istiqamətlər üzrə təhsil, İFRS-i yaxşı bilmək
  • Maliyyə vəya mühasibatlıq sahəsində 3-4 il iş təcrübəsi
  • “Big 4” Audit şirkətlərində iş təcrübəsi arzuolunandır
  • İngilis və rus dillərini bilmək
  • Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı

Maraqlanan namizədlər, xahiş edirik CV-lərinizi zemfira.zeynalova@abacusaudit.az elektron ünvanına yollayasınız.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə