Audit menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MilliKart LLC Audit menecer vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dillərini yaxşı bilməlidir.

Namizədə dair tələblər:

  • Ali təhsil (iqtisadi, maliyyə və sair bu kimi sahələr)
  • Daxili audit sahəsində iş təcrübəsi
  • Kart prosessinq xidmətləri, nağdsız ödənişlər, plastik kartlar üzrə biliklər
  • Düzgün və səmərəli ünsiyyət qurmaq bacarığı
  • Tədqiqat, araşdırma (root cause) apara bilmə bacarığı
  • Yazılı və şifahi Azərbaycan, ingilis və rus dillərini yaxşı bilmə bacarığı

İş haqqında məlumat:

  • Cəmiyyətin fəaliyyətinin mövcud qanunvericiliyə, normativ-hüquqi aktlara, Cəmiyyətin Nizamnaməsinə və eləcə də Cəmiyyətin daxili qaydalarına uyğunluğunun yoxlanılması
  • Qanunlara, təlimatlara, qayda və prosedurlara riayət olunmasını təmin etmək üçün yaradılmış sistem və prosedurların adekvatlılığının və effektivliyinin qiymətləndirilməsi
  • İdarəetmə, daxili nəzarət və risklərin idarə olunması işinin təşkilinin və icrasının qiymətləndirilməsi
  • Resurslardan istifadənin səmərəliliyinin və effektivliliyinin qiymətləndirilməsi
  • İdarəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkmilləşdirilməsi və bu sistemlərin adekvatlılığının və effektivliyinin artırılması məqsədilə tövsiyələrin verilməsi
  • Yoxlama zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Cəmiyyətin reqlamentinə (daxili qaydalarda, prosedurlarda və əsasnamələrdə) dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi
  • Daxili audit yoxlaması zamanı (mümkün olduqda) müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tövsiyələrin verilməsi
  • Daxili audit yoxlamasının yekun nəticələri əsasında Daxili audit hesabatının tərtib edilməsi
  • Daxili audit yoxlaması nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tərtib olunmuş Tədbirlər planının həyata keçirilməsi üzrə Monitorinqin təşkil edilməsi və Monitorinqin nəticələrinə dair hesabatın tərtib edilməsi
  • Daxili audit xidmətindən maksimum fayda əldə olunması və eyni işin təkrarlanması hallarının azaldılmasını təmin etmək məqsədilə Kənar auditorlarla iş əlaqələrinin yaradılması (məlumat mübadiləsi və fəaliyyətin əlaqələndirilməsi, audit metodları ilə tanışlıq və s.)
  • Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi və səlahiyyətləri çərçivəsində Cəmiyyətin daxili audit xidmətində tətbiq edilməsi
  • İllik audit strategiyası və planının tərtib edilməsi
  • Yerinə yetirilmiş işlər barədə aylıq, rüblük və illik fəaliyyət hesabatının hazırlanması

Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq müsahibə zamanı açıqlanacaqdır.

Son müraciət tarixi: 30 oktyabr 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını «Audit menecer» qeyd etməklə CV-nizi hr@millikart.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı