Audit üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“AGRO-VEST RETAIL” MMC “Audit üzrə Mütəxəssis” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

  • Komanda ilə işləmə bacarığı olmalı;
  • Təhsil: Ali (İqtisadi sahələrdə təhsil arzuolunandır);
  • İş təcrübəsi: 2 ildən çox (qeyd edilən sahə üzrə);
  • Yaş: 27-35.

Vəzifə öhdəlikləri:

  • Firmaların Retailin ofisi ilə razılaşma əsasında marketlərə satış üçün vermiş olduğu əlavə, xüsusi endirimli məhsulların, bağlama və s. bu kimi ekskluziv razılaşmaların yoxlanılması;
  • Xidmət və Peşəkarlığa, həmçinin işçilərin öhdəliklərinin icrasına dair qiymətləndirilmə (dəyərləndirmə) yoxlanışı;
  • Sistem qiymətləri ilə rəf qiymətlərinin qarşılaşdırılması və yaranmış nöqsanların aradan qaldırılması üçün market heyyətini, satınalama heyyətini məlumatlandırma, sonrakı mərhələdə nöqsanların aradan qalxması üçün onları təqib etmə;
  • Anbarın təmizliyi, məhsulların kateqoriyalara uyğun yığımı, yararsız malların vaxtlı-vaxtında təhvil verilməsi, xüsusi diqqətdə olmalı malların saxlanma şəraiti, stockdan silinməli mallar üzrə nəzarət – yoxlama prosesinin icra edilməsi;
  • Sifarişlərin doğru tənzimlənməsinə nəzarət yoxlanışı, yüklü sifarişlərin təhlili;
  • Market açılışı öncəsi malların doğru qəbulu prosesinə, malların kateqoriyalar üzrə yığılışına, qiymətlərlə təmin olunmasına, hədiyyə və endirimlərin sərgilənməsinə və s-ə nəzarət;
  • Mövcud çek-listdən irəli gələn digər öhdəliklər;
  • Audit hesabatın hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
  • Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqi;
  • Audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi

İş şərtləri:

  • Stabil iş;
  • Icbari sığorta;
  • Əmək haqqı: Razılaşma əsasında;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş vaxtı: 9.00 – 18.00;
  • İstirahət günləri: Şənbə və Bazar günü.

Maraqlananlar öz CV formalarını eyvaz.eyvazov@aplus.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Audit üzrə Mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı