Aşpaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qaraqaşlı Broyler” Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən qarşılanır.

Şirkət Haqqında:

Azərbaycanın lider quşçuluq müəssisələrindən biri olan “Qaraqaşlı Broyler” ASC-nin “ŞƏFA” əmtəə nişanı ilə istehsal və satış etdiyi halal kəsilmiş toyuq məhsulları xalqımızın məmnuniyyətini qazanmışdır.

Məqsədimiz istehlakçılarımıza halal və keyfiyyətli toyuq əti istehsal etməklə bazardakı liderliyimizi davam etdirməkdir. Bununla yanaşı həm daxili bazarın quş əti tələbamatını ödəmək həm də daxili iqtisadyyatın güclənməsinə öz töhvəmizi verməkdir.

“Qaraqaşlı Broyler”-in korporativ mədəniyyəti hər bir işçiyə dəyər vermək, daha güclü müştəri və tərəfdaş münasibətləri qurmaqdır. Şirkətimiz yaxşı həyat keyfiyyətini qorumaq üçün sağlam iş mühitinə malikdir. Biz peşəkarlardan ibarət komandamızda işçinin dürüstlüyünə və sədaqətinə əhəmiyyət veririk.

İş barədə məlumat:

  • Əmək haqqı: müsahibədə namizədin bilik və bacarıqları əsasında təyin ediləcəkdir;
  • İş rejimi: 5 günlük, 09:00-18:00;
  • İstirahət günü: Şənbə və Bazar;
  • İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
  • Nahar şirkət tərəfindən qarşılanır;

Vəzifə öhdəlikləri:

  • Mətbəx menyusu üzrə standart yeməklərin vaxtında (gecikmədən) hazırlanması;
  • Ofis daxilində olan əməkdaşlar (25-30 nəfər) üçün naharın vaxtında (gecikmədən) verilməsi;
  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsinin təmin edilməsi;
  • Mətbəxin idarə edilməsi;
  • Mətbəxin təmizliyinə nəzarət edilməsi;
  • Ofisə gələn qonaqlar üçün çay və ya kofe verilməsi;
  • Verilən digər tapşırıqların vaxtında yerinə yetirilməsi;

Tələblər:

  • İş bilikləri: milli mətbəx bilikləri;
  • İş bacarıqları: çevik iş qrafikində işləmək, ünsiyyət və komandada işləmək bacarıqları;
  • İş tələbləri: səliqəli görünüş, gigiyenik təmizliyə riayət etmək;
  • İş təcrübəsi: sahə üzrə 2 ildən artıq iş təcrübəsi (rəsmi);
  • Cins: qadın;
  • Yaş həddi: 30-40 yaş arası;
  • Dil biliyi: Azərbaycan dili (səlis);

Əgər ölkənin lider quşçuluq müəssələrindən olan “Qaraqaşlı Broyler” ASC-də karyeranızı davam etmək istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Aşpaz” başlığı ilə elektron ünvanımıza göndərə bilərsiniz.

Elektron ünvan: careers@shefabroyler.az

Son gün: 18 İyun, 2022

Ünvan: Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 46N

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...