Yandex-watch
Gənclər artıq proqramlaşdırma sahəsində ödənişsiz təhsil ala biləcək. — Offer.az

Gənclər artıq proqramlaşdırma sahəsində ödənişsiz təhsil ala biləcək.

Gənclərin İnkişaf və Karyera Mərkəzi “Tech Academy” təhsil mərkəzi ilə birgə yeni layihəyə start verib.

Dərc olunma tarixi: 04.05.2021
Müəllif: Offer.az redaksiyası
TechAcademy Offer.az

Gənclərin İnkişaf və Karyera Mərkəzi “Tech Academy” təhsil mərkəzi ilə birgə yeni layihəyə start verib. “YouthTech” adlı uzunmüddətli layihənin məqsədi gənc proqramçıların yetişdirilməsi və ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.

Layihə çərçivəsində gənclər bu sahədə ən çox tələb olunan kurslarda ödənişsiz və güzəştli təhsil almaq imkanı qazanacaq. Layihənin bir parçası olmaqla “Full Stack” Veb Proqramlaşdırma (Python/Bootcamp), “Full Stack” Veb Proqramlaşdırma (Python), “Front End” Veb Proqramlaşdırma (RaectJS), “QA Manual Testing”, “UX/UI” Dizayn (Web Dizayn) mövzusunda kurslarda iştirak edə biləcəklər.

Layihənin iştirakçısı olmaq şansı qazanmaq üçün 5 may 2021-ci il tarixinədək https://forms.gle/EZNUTo2aiyf6ccgFA ünvanında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı uğurla tamamlayan gənclər daha sonra müsahibələr və test imtahanında iştirak edəcəklər. Bütün mərhələləri uğurla keçən gənclər layihənin iştirakçısı olmaq hüququ qazanacaqlar.

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et