Motivasiyanı salan zərərli komanda üzvü

İş yerində motivasiyanı salan birnəfər də olsa digərlərinə təsir edir. Təəssüf ki, əksər şirkətlər “zəhərli” işçiləri çox gec fərq edirlər və ya bunu heç vaxt fərqinə varmırlar. Ruhdan salan bu işçiləri komanda üzvlərindən uzaqlaşa bilərsiniz.

Ətrafınızda motivasiyanızı aşağı salan və səmərəli işləməyinizə mane olan insanlar olmuşdur. Bu komanda üzvlərinin “toksik” olduğunu necə tanımaq olar? Bu insanların zəhərli yəni zərərli adlandırılmasının bir səbəbi var. Çünki ətrafındakı hərkəsi neqativ enerjiylə zəhərləyən bu insanlar, özlərindən başqa heç kimin xoşbəxt, uğurlu və populyar olmasını istəmirlər. Onlar lazımsız dram yaradır, şirkətin korporativ mədəniyyətinə və dəyərlərinə xələl gətirir, komandada inamı məhv edirlər.

Araşdırmalara görə hal-hazırda 5 işçidən 4-ü zəhərli komanda üzvləri ilə işləyr. Xüsusilə zəhərli bir komanda üzvü ilə yaxından işləmək məcburiyyətindəsinizsə, bunun işinizə təsir etməməsinin bəzi yolları var.

Zəhərli bir iş yoldaşı ilə işləmək yorucu bir təcrübədir. Onu tanımaq həmişə asan olmur, xüsusən də onu dost kimi görürsənsə. Onlarla ünsiyyətdən sonra özünüzü tükənmiş və ya mənfi hiss edirsinizsə, bu, insanın zəhərli olduğuna işarə ola bilər.

Bu işçilər həmişə işlərinə, müdirinə, komandasına və ya şirkətlərinə nə qədər nifrət etdiklərini danışacaqlar. Pis gün keçirməklə başqalarını demotivasiya etməkdən həzz almaq arasında fərq var.

Zəhərli komanda üzvlərinin həmişə zəif performansları üçün bəhanələri var. bunlar mütləq xarici amillər və ya digər işçilərdir. Üstəlik kin saxlayırlar, bu hallar düzəlsə belə necə haqsızlığa məruz qaldıqlarından danışırlar.

Bir şirkətdə yeni olanlar dostluq etməyə can atırlar və zəhərli komanda üzvlərini tanımadıqları üçün mənfiliyə meyl edirlər. Zəhərli qarşılaşmadan xilas olmağınıza  və zehni olaraq güclü qalmağınıza kömək edəcək bəzi mübarizə strategiyaları bunlardır.

  • Məsuliyyəti öz üzərinə götürən və səhvlərindən öyrənən ruhlandırıcı iş yoldaşları ilə yaxınlıq edin.
  • Vəziyyəti daha yaxşı idarə etmək, nə etmək lazım olduğuna dair yardım üçün insan resurslarından və ya yüksək səviyyəli menecerdən soruşun.
  • HR departamentinizlə danışarkən söhbəti fərdin şəxsiyyətindən çox faktlara əsaslandırın. Hadisələrdən konkret nümunələr verməyə hazır olun.
  • İşdən sonra sosial fəaliyyətlər planlaşdırın və işdəki zəhərli komanda üzvünün etdiklərini düşünərək bütün günü özünüzə əziyyət verməyin.
  • Onlar məlumat paylaşmaqdan daha çox qeybət edirlər.

Qeybət bir çox şirkətdaxili problemlərin mənbəyidir. Mənfiliyi qidalandırır və sürətlə yayılır. Zəhərli komanda üzvləri daim başqalarının işlə heç bir əlaqəsi olmayan şəxsi həyatlarından və ya işlərini necə pis yerinə yetirdiklərindən danışırlar. Çox güman ki, sizin haqqınızda qeybət edən zəhərli komanda üzvü də sizin haqqınızda dedi-qodu edir.

İş yoldaşının zəhərli olduğunu göstərən başqa bir əlamət, işi görmək üçün lazım olan məlumatları sizinlə bölüşməkdən imtina etməsidir. Bu insanlar sizi rəhbərlik görüşlərinə daxil etmir, komanda fəaliyyətindən kənarlaşdırır və işinizi yaxşı yerinə yetirməyə imkan verəcək məlumatları gizlədirlər.

Zəhərli insanlar həmişə özlərini birinci yerə qoyurlar. Onlar həqiqətən başqalarına əhəmiyyət vermirlər və işinizi itirməyinizə səbəb olsa belə, heç vaxt buna görə özlərini günahkar hiss etməyəcəklər.

Digər iş yoldaşları və menecerləri haqqında danışan zəhərli komanda üzvünün tələsinə düşməmək üçün nə etməli?

Qeybət etməyə başladıqlarında söhbətə qoşulma və dediklərini təsdiqləmə.

Ondan niyə birbaşa özünə demədiyini soruş və yəqin ki, səni bir daha dedi-qodularına daxil etməyəcək.

Onlara ofis siyasəti haqqında danışmağı sevmədiyinizi bildirərək sərhədlər çəkin.

Özünüzü dedi-qodu yaymaqdansa, məlumat paylaşmağa üstünlük verən insanlarla əhatə edin

Bunları demək adətən asandır; lakin həyata keçirmək o qədər də asan olmaya bilər. Xüsusilə kiminsə ofisdə mənfi bir şey dediyini eşitdiyiniz zaman, bəzən buna məhəl qoymamaq və dərhal işə qayıtmaq çox çətin ola bilər. Zərərli komanda üzvü sizə müəyyən məlumatla gəldikdə və mənfi davranışlar göstərdikdə, ediləcək ən yaxşı şey diqqəti cəmləməməyə çalışmaqdır.

Rəhbərliyə nə vaxt getmək lazımdır?

Zəhərli komanda üzvü hələ də sizi motivasiyadan məhrum edirsə, işinizi görməyinizə mane olur və ən əsası sizi narahat edirsə, o zaman menecerinizə deməyin vaxtıdır. Menecerinizlə bu söhbəti aparmaq asan və ya rahat olmayacaq, lakin kömək edə bilər. Nə deyəcəyinizi planlaşdırın və problemi tam olaraq nə olduğunu izah edin.

Zəhərli komandada qalmalımı?

Zəhərli komanda üzvləri ilə məşğul olmaq sağlamlığınıza və ya iş performansınıza zərərli təsir göstərirsə, bu səy gərəksizdir. Əgər menecerlərin və ya insan resursları departamentinin həlli üçün lazımi tədbirlər görmədiyini müşahidə etsəniz, özünüzü yormamaq daha yaxşı olar. Daha xoşbəxt işləyəcəyiniz iş tapmaq üçün yeni iş elanlarına baxa bilərsiniz.