İstefanı necə geri götürmək olar?

İstefa vermək qərarına gəlmək, ümumiyyətlə asan vəziyyət deyil. Bu mərhələyə gələnə qədər bir çox neqativ hadisələr baş verə bilər. Bəs şirkətə istefa məktubu göndərildikdən sonra bu qərardan imtina edilərsə, nə etməli?

Bəzən şərtlər istədiyimiz kimi getmir və yeni iş gözləmədən istefa mərhələsinə gələ bilərik. Dəqiq bir qərar verdiyimizi düşündüyümüz zaman gözlənilməz hadisələr baş verə bilər və qərarımızdan dönə bilərik. Geri dönüb istefa məktubunu  götürmək istəyiriksə, nə etməliyik?

Əvvəlcə menecerinizlə danışın.

İstefanızı verərkən də , geri almaq istədikdə də əvvəlcə menecerinizlə danışmağınızı tövsiyə edirik. Bəlkə də meneceriniz sizin qalmaq istədiyinizi öyrənməkdən məmnun ola bilər. Buna görə rahat olun və əvvəlcə menecerinizlə danışın. Bu, növbəti addımları asanlaşdıracaq.

Yazılı şəkildə bəyan edin

Qərarınızdan əminsinizsə, bunu yazılı şəkildə bildirməlisiniz. Bu  əsasən rəsmi dildə yazılmalıdır. İş məktubu formatından istifadə edin və mesajınızın nəzakətli, peşəkar olduğundan əmin olun. Onu menecerinizə göndərməzdən əvvəl məktubun xətasız olduğundan əmin olmaq üçün nəzərdən keçirin və lazım gələrsə redaktə edin.

Hər ehtimala hazır olun

Daha əvvəl dediyimiz kimi, meneceriniz sizin qalmaq istədiyinizi eşitməkdən xoşu gələ bilər. Amma yox cavabını eşitmək də mümkündür. Bu səbəblə mümkün pis xəbərlərə hazır olun, CV-nizi aktual saxlayın, yeni iş axtarmaq üçün planlar qurun.