Hər bir təcrübəçinin öyrənməli olduğu 7 kritik karyera dərsi

Təcrübə tələbələrə həm peşələri haqqında daha çox məlumat əldə etməyə, həm də nəzəri biliklərdən praktikada istifadə etmək bacarığına yiyələnməyə şərait yaradır. Təcrübəçi karyera yolunda nələrə diqqət etməlidir?

Məcburi təcrübədən başqa, yeni məzunlar da təcrübə qazanmaq üçün müxtəlif təşkilatlarda təcrübə keçə bilərlər.

Gələcək məqsədlərə uyğun müəssisələrdə təcrübə keçmək

Təcrübə müddəti sizə həm gələcək peşə həyatınız haqqında məlumat verir, həm də təcrübə keçdiyiniz yerdə işlə təmin olunmaq imkanı verir. Bu səbəblə uğurlu ola biləcəyinizə inandığınız sektorda fəaliyyət göstərən, peşəkar təcrübə qazana biləcəyiniz təcrübə yerlərini seçərək karyeranıza parlaq bir başlanğıc qoymağınız son dərəcə əhəmiyyətlidir.

Nəzəri biliklərini tətbiq etməyə çalışmaq

Universitetdə öyrənilən biliklər nə qədər möhkəm olsa da, praktikada tətbiq edilmədikcə faydasızdır. Peşənizlə bağlı olan işinizin inkişafı ilə bağlı əldə etdiyiniz bütün bilikləri təcrübəniz boyunca tətbiq etməyə çalışmaq öyrəndiklərinizin qalıcı olmasını və problem həll etmə bacarıqlarınızın təkmilləşdirilməsini təmin edəcək.

Korporativ mədəniyyəti araşdırmaq

Təcrübələr peşəkar həyatın yazılmamış qaydalarını öyrənmək üçün əla fürsətdir. İş həyatına başladığınız zaman geyim tərzindən iclas proseduruna, ünsiyyətdən təqdimata, problemin həllindən hesabat verməyə qədər bütün bacarıqları təcrübəniz zamanı əldə edə bilərsiniz.

Təşəbbüsdən istifadə edin

Təcrübəçilərin etdiyi ən böyük səhv yalnız onlara tapşırılan vəzifələri görmək və qərar verməkdən çəkinməkdir. Gözlənilməz vəziyyətlər qarşısında həll yolları tapmaq,  işəgötürənin gözündə kadr imici yaratmaq və lazım gəldikdə təşəbbüs göstərə bilməyiniz vacibdir. Əmin olmadığınız məsələlərdə öz fikrinizi mütəxəssislə bölüşmək həmişə faydalıdır.

Çalışqan və ünsiyyətcil olmaq

Təcrübə müddətində yeni şeylər öyrənmək və təcrübə keçdiyiniz yerdə daimi heyət kimi işləmək istəyirsinizsə istəkli, çalışqan və fədakar olmalısınız. İşə vaxtında gəlmək və tapşırıqların bölüşdürülməsində iştirak etmək məhsuldar bir təcrübə keçmənizi təmin edəcək.

Suallar verməkdən çəkinməyin

Təcrübənin əsas məqsədi iş yerində öyrənməkdir. Bunu öyrənməyin ən asan yolu biləndən soruşmaqdır. Özünüzü əksik hiss etdiyiniz məsələlərdə rəhbərlərinizlə məsləhətləşmək səhv etməkdən çəkindirəcək. Həm yeni məlumatlar əldə etmək, həm də marağınızı göstərmək üçün işi və ünsiyyəti pozmayacaq şəkildə sual verə bilərsiniz.

Bütün işçilərlə ünsiyyətdə olmaq

Mövcud və gələcəkdəki iş həyatında  bütün işçilərlə effektiv dialoq qurmaq yeni şeylər öyrənmək şansı verməklə yanaşı, işinizi də asanlaşdıracaq. Təcrübə müddətində bundan da yararlana bilərsiniz.