Yandex-watch
Google şirkətinin oyun sahəsindəki yeni brendi "Google Developers Group Games"-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı. — Offer.az

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Dərc olunma tarixi: 24.05.2021
Müəllif: Offer.az redaksiyası
Google Developers Group Games

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: Google, Amazon və Microsoft 2021-ci ilin əvvəllərindən aktiv şəkildə oyun sektoruna daxil oldular. Google bu məqsəd ilə “Google Developers Group Games” bölməsini yaratdı.

Google Developers Group Games-in məqsədi fəaliyyət göstərdiyi ölkələrdə yerli oyun şirkətlərinin və oyun yaradıcılarının inkişafına tövhə verməkdir. GDG Games-in təşkil etdiyi seminarlarda iştirak etməklə siz yeni bacarıqlar əldə edəcək və ən yeni oyun texnologiya ilə tanış olacaq və sizinlə oxşar maraqları olan yerli oyun yaradıcıları ilə tanış olmaq fürsəti əldə edəcəksiniz.

Gamepons şirkəti Bakıda yeni fəaliyyətə başlayacaq “Google Developers Group Games Baku” platformasının yerli dəstəkləyicisidir. “Google Developer Group Games Baku”-nun açılış tədbiri 25 may 2021 tarixində baş tutacaq.

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçin: https://bit.ly/3oJTxdp

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et